Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Pambıq tədarükü 84,5 min tona çatıb - OPERATİV MƏLUMAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pambıq tədarükü 84,5 min tona çatıb - OPERATİV MƏLUMAT

Dekabrın 12-dək ölkə üzrə pambıq tədarükü 84 min 494,8 ton təşkil edib. Bu isə 2015-ci il dekabrın 14-dək olan göstərici ilə müqayisədə 2,4 dəfə çoxdur (35 min 192 ton).

 

Reklam_3_11

Dövlət Statistika Komitəsindən bildiriblər ki, pambıq tədarükünə görə Saatlı rayonu öndədir. Rayonun fermerləri tarlalardan 11472,8 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 10865,8 ton, İmişlidə 9677,9 ton, Ağcabədidə 8540,9 ton, Beyləqanda 7607 ton pambıq tədarük olunub.

 

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.

 

 © Azərtac

12.12.2016 14:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ