Dövlətə məxsus ASC 55 milyonluq ixrac həyata keçirib

Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətində 2017-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.

 

İclasda İdarə Heyətinin sədri Əbülfət Qocayev bildirib ki, 2017-ci il ərzində dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlar 18 məhsul kateqoriyası üzrə 97 milyon manatlıq ərzaq məhsulları ilə təchiz edilmişdir. Bunun böyük hissəsi (395 nəfəri fermer və 276-ı şirkət olmaqla) yerli istehsalçılardan alınmışdır ki, bu böyük həcmində vəsaitin yerli istehsalçıların dövriyyəsinə daxil olması deməkdir.

 

İH-nin sədri Ə.Qocayev hesabat xarakterli çıxışında həyata keçirilmiş ixrac məsələlərinə də toxundu. Bildirdi ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarınının xarici bazarlara çıxarılması üçün mütəmadi olaraq xarici bazarlarda müvafiq araşdırmalar aparılmış, sahibkarlar tərəfindən daxil olan təkliflər müzakirə edilmiş, yerli məhsulların ixracı üçün Rusiya, Belarus, Ukrayna, Çexiya, Fransa, BƏƏ, Bəhreyn, Qətər Əmirliyi kimi ölkələrdə yerləşən ərzaq firmalarına əməkdaşlıq məktubları göndərilmiş və onlarla bir sıra məhsuldar görüşlər keçirilmişdir. Rusiyanın iki iri ticarət şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. İxracla bağlı görülən işlər nəticəsində dəyəri 54 milyon 928 min manatdan çox məhsul ixracı həyata keçirilmişdir.

 

Məhsul istehsalı üçün avans ödənişi ilə bağlı, cari ilin aprel ayından etibarən Səhmdar Cəmiyyət tərəfindən kütləvi informasiya vasitələrində elanlar verilmiş və geniş təbliğat işləri aparılmışdır. Bu proses nəticəsində 309 istehsalçıdan müxtəlif məhsullar üzrə müraciət daxil olmuşdur. Həmin istehsalçıların monitorinqi həyata keçirilərək, istehsal potensialı və təqdim edilən sənədlərin düzgünlüyü təsdiq olunan 132 təsərrüfat subyektinə yaz və payız sezonunda 11 adda məhsul istehsalı üçün 3 544 488 manat avans ödənilmişdir.

12 Yanvar 2018 , 15:38   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin