Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fondun mənfəəti 2 dəfə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fondun mənfəəti 2 dəfə artıb

 2017-ci il “Azərbaycan İpoteka Fondu” ASC üçün uğurlu maliyyə nəticələri ili kimi də xarakterik olmuşdur. 

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr  tarixli 1760 nömrəli Fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu yaradılmışdır.

 

Fondun yaydığı məlumata görə, ötən ilin sonuna 2016-cı illə müqayisədə  Cəmiyyətin aktivləri (692,1 mln.manat) 1,4 dəfə artaraq 958,2 mln.manat, illik bölüşdürülməmiş mənfəəti isə (7,1 mln.manat) 2,1-dəfə artaraq 15 mln.manat təşkil etmişdir.

 

"2018-ci ildə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətə başlaması, ipoteka kreditləri ilə yanaşı ölkədə sahibkarlığa verilən kreditlərə zəmanətlərin və subsidiyaların verilməsi təmin ediləcəkdir. Yeni mexanizmin tətbiqi   potensial daxili maliyyə imkanlarının bazar şərtləri ilə iqtisadi artıma yönləndirilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsinə, bank sisteminin risklərinin azaldılmasına, maliyyə vəsaitlərinin dəyərinin aşağı salınmasına xidmət göstərəcəkdir",- FOndun məlumatında deyilir.

12.01.2018 12:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ