Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AİF istiqrazları üzrə 67 milyon manat kupon ödənişləri həyata keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AİF istiqrazları üzrə 67 milyon manat kupon ödənişləri həyata keçirilib

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Mətbuat Xidmətinin məlumatına görə,
2016-cı ilin noyabr ayında adi ipoteka kreditlərinin verilməsi məqsədilə “Azərbaycan İpoteka Fondu” tərəfindən 10 il müddətinə 50 mln.manat məbləğində illik 3% dərəcəsi ilə ölkədə ilk dəfə olaraq ipoteka istiqrazlarının emissiyasına başlanılmışdır.

 

2017-ci il ərzində isə illik 3% dərəcəsi ilə  ümumi həcmi 250 mln.manat olan ipoteka istiqrazlarının 2-ci, 3-cü və 4-cü emissiyası həyata keçirilmişdir. Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Cəmiyyət tərəfindən cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 655 mln.manata çatmışdır. Cəlb olunmuş vəsaitlərdən 120,4 mln.manat məbləğində istiqraz üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Hazırda Cəmiyyətin dövriyyədə olan istiqrazlarının həcmi 534,6 mln.manat təşkil edir, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir. 

 

Qeyd etmək lazımdır ki, 2009-cu ildən etibarən Cəmiyyət tərəfindən istiqraz emissiyası üzrə investorlara 67,0 mln.manat məbləğində kupon (faiz) ödənişləri həyata keçirilmişdir. 

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr  tarixli 1760 nömrəli Fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu yaradılmışdır.

12.01.2018 12:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ