Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Zaqatala fındığı 73 milyon dollar valyuta gətirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zaqatala fındığı 73 milyon dollar valyuta gətirib

Fındıqçılıq Zaqatala rayonunun iqtisadiyyatında da aparıcı yerlərdən birini tutur.

 

Rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə  bildirib ki, 2017-ci ildə Zaqatala rayonunda sənaye sahəsi üzrə məhsul buraxılışının 83 faizini fındıq və fındıq məhsullarının satışından gələn gəlirlər təşkil edib.

 

Ötən il Zaqatala rayonundan xaricə fındıq və fındıq məhsullarının ixrac edilməsi nəticəsində Azərbaycana 73 milyon dollar və ya 124 milyon 401 min manat vəsait daxil olub.

 

Fındıq ixracından əldə olunan gəlir əvvəlki illə müqayisədə 37,7 faiz artıb.

 

2017-ci ildə Zaqatala rayonunda fındıq bağlarından 13 min 422 ton, yəni əvvəlki ildəkindən 4 min 512 ton çox məhsul tədarük olunub.

 

© Azərtac

12.01.2018 12:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ