Dropbox investorlara təklif ediləcək - İPO

Bulud saxlama şirkəti Dropbox, 2014-ci ildə tamamladığı son investisiya turunda 10 milyard dollar dəyərə çatmışdı. Bloomberg-in məsələyə yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, şirkət bu həftə səhmlərinin kütləvi satışı (İlkin kütləvi yerləşdirmə -İPO) üçün müraciət edib.
 

"Marja" xəbər verir ki, 500 milyondan çox istifadəçisi olan Dropbox-ın bu həmləsi, ötən il Snapchat-ın ana şirkəti Snap-ın məyus olduğu İPO-sundan sonra baş verəcək ən böyük texnologiya İPO-su olacaq.
 

Dropbox-ın ödənişli məhsulu Dropbox Business-ın isə 200.000 istifadəçisi olduğu bildirilir.


 Digər bir texnologiya nəhəngi Uber-in isə 2019-cu ildə investorlara təklif ediləcəyi gözlənilir.

 

"Dropbox" — istifadəçilərə bulud serverlərdə öz məlumatlarını saxlamağa və onları internetdə başqa istifadəçilərlə bölüşməyə imkan yaradan bir xidmətdir. Bu xidmət vasitəsilə faylları internet vasitəsilə saxlamaq və sinxronlaşdırmaq, həmçinin digər istifadəçilərlə mübadilə etmək mümkündür.

12 Yanvar 2018 , 16:10   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin