“Nar” şəbəkəsi daha da mükəmməlləşəcək

“Nar” 2017-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki planlaşdırılmış genişmiqyaslı işləri uğurla həyata keçirərək yüksək nəticələr əldə edib.

 

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, il ərzində mobil operatorun baza stansiyalarının ümumi sayı 6500-ü ötüb keçib, işğaldan azad edilmiş ərazilərdə şəbəkənin təmin edilməsi istiqamətində işlər görülüb, şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərə çarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidməti təqdim edilib.

 

2017-ci ildə 400-dən çox 4G (LTE) baza stansiyası quraşdıran “Nar”, LTE stansiyalarının sayını 1000-ə çatdırıb, Gəncə şəhəri və ətraf bölgələrdə 4G baza stansiyaları quraşdıraraq bölgələrdə LTE şəbəkəsinin təmin edilməsi prosesinə uğurla start verib.

 

Planlaşdırıldığı kimi LTE-A (LTE Advanced) şəbəkəsinin Bakı və Abşeron yarımadasını əhatə etməsi təmin edilib. 300-dən çox 3G baza stansiyasının quraşdırılması ilə 3G stansiyalarının ümumi sayı 2500-ü keçdi. 3G ATM (Asynchronous Transfer Mode) transmissiya xətlərindən 3G IP (Internet Protocol) xətlərinə keçid baş tutub. Nəticədə 3G şəbəkəsinin 99,7%-nin IP texnologiyalı transmissiya xətləri üzərindən fəaliyyət göstərməsi təmin edildi və baza stansiyalarının IP transmissiya zolağı boyunca son məntəqələr arasındakı əsas daşıyıcı transmissiya xətlərinin tutumunun şəbəkə üzrə artımı 2016-cı il ilə müqayisədə ümumilikdə 70%-ə çatdırılıb.

 

Görülmüş işlər sayəsində “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olunun. Belə ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində “Nar”-ın şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirdi və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslandı.

 

“Nar” 2018-ci ildə də təkmilləşdirmə işlərini davam etdirməyi, şəbəkəsini daha da mükəmməlləşdirərək həm paytaxt, həm də bölgələrdəki abunəçiləri yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin etməyi planlaşdırır. 

 

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

12 Yanvar 2017, 16:37   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin