Məşhur idman geyimi marakasının sahibi dəyişəcək

"Gucci", "Saint Laurent" ve "Alexander McQueen" kimi lüks brendlərin daxil olduğu Fransanın "Kering" şirkətlər qrup, məşhur idman markası "Puma"nı əldən çıxararaq idman geyimi sektorundan çıxır. Beləliklə, Fransa holdinqi, yalnız lüks istehlaka fokuslanacaqdır.
 

"Marja" xəbər verir ki, "Kering", 86%-nə sahib olduğu "Puma"nın 70%-ini investorlarına paylayacaq.

 
"The New York Times"ın xəbərinə görə belə bir vəziyyətdə, "Kering" səhmlərinin 41%-nə sahib Fransız milyarder Pinault ailəsinin holdinqi "Artmis"  29%-lik payla "Puma"nın "uzunmüddətli strateji səhmdarı" olacaqdır. 


 
"Puma"dan verilən açıqlamada isə qərarın müsbət qarşılandığı və biznes strategiyasının ziyan görməyəcəyi bildirilib. Son 12 ayda səhmləri 45 faiz artan "Puma"nın bazar dəyəri 5,3 milyard avrodur.


 
 PUMA-NIN SATIŞLARI ARTMIR


 
"Kering"in "Puma"nı əldən çıxaracağı şayiələri bir müddətdir davam edirdi. "Kering", "Puma"nın əksəriyyət hissəsini 2007-ci ildə 5,3 milyard dollara satın almış, ancaq, "Puma"nın yalnız 2015-də artan satışları sonradan sabit qalıb.

 
"Puma"nın böyüklüyü, "Kering"in Alman idman geyim istehsalçısına yeni sahib tapmaqda çətinlik yaradan amildi. Ehtimal bir satış, "Kering" səhmlərini də ucuzlaşdıra bilərdi. Bu səbəbdən Fransız holdinq səhm paylamaq yolunu seçib. 

12 Yanvar 2018 , 16:46   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin