Müştərilər yüklərini ala bilmirlər - GÖMRÜK CAVAB VERMİR

Xəbər verdiyimiz kimi, xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan bir sıra şirkətlərin malları Azərbaycanın gömrük sərhədini keçə bilmir. Bu barədə həmin şirkətlərin müştəriləri məlumat veriblər.

 

Məlumata görə, qeyd edilən problem iki həftəyə yaxındır davam edir. Məsələni bu ilin əvvəlində forumlarda müzakirəyə çıxaran müştərilərə cavab verən "Camex" şirkəti bildirib ki, bu problem Azərbaycanın karqo şirkəti olan “Silkway”in sifarişlərinin çox olması ilə bağlıdır.

 

Azərbaycanda fəaliyyət göstərən “Barami” adlı şirkət isə öz müştərilərinə xəbərdarlıq edərək bildirib ki, məlum olmayan səbəblərdən Dövlət Gömrük Komitəsi (DGK) bağlamaları sərhəddən buraxmır: "Bu səbəbdən də yüklərin çatdırılması gecikə bilər".

 

Həmin şirkətdən bildirilib ki, DGK tərəfindən yüklərin hansı səbəbdən buraxmamasının izahı verilmir və növbəti həftədə problemin həlli gözlənilir.

 

Digər bir məlumata görə, "Comex" və "Barami" kimi yerli daşıyıcıların gömrükdə çətinlikləri yaranıb. Dövlət Gömrük Komitəsinin bu şirkətlərə fəaliyyətləri və statusları ilə bağlı bir neçə sualları var. Daşımlar ilə məşğul olan beynəlxalq şirkətlərdə heç bir problem yoxdur.

 

Qeyd edək ki, məsələ ilə bağlı DGK sorğulara cavab vermir.

 

© Report

12 Yanvar 2017, 16:50   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin