İnvestorlar Facebook-un yeniliyini bəyənmədi, səhmləri kəskin ucuzlaşdı

Facebook daha bir yeniliyini açıqlayıb. "Marja" xəbər verir ki, bu yenilik ilə Facebook, insanların "dostları" ilə bölüşmək istəyəcəyi paylaşımları təxmin edib səhifədə daha üstdə yerləşdirəcək.


 
Bununla yanaşı, insanların Facebook-da keçirdikləri vaxtı mənalı etmək məqsədilə ailə və dostların paylaşdıqları məlumat, foto və videolar digər səhifələrin paylaşımlarından üstünlük qazanacaq.


 
REKLAM GƏLİRLƏRİ DÜŞƏ BİLƏR XOFU


 
Facebook-un bu yeniliyi istifadəçilər baxımından müsbət görünür. Çünki Facebook, ailə və dostların paylaşdıqlarını daha çox, buna qarşı şirkət səhifələrinin və təşkilatların video və digər paylaşımları kimi ümumi məzmunları isə daha az göstərəcəkdir.


 
Elə bazar da bu hissəyə reaksiya verib. İstifadəçilərin, şirkət səhifələrinin və qurumların videolarını daha az görmələri, investorları, şirkətin reklam gəlirlərinin düşə biləcəyi ilə narahat edib. Bunun nəticəsində də Facebook-un səhmləri 6% ucuzlaşıb.

 

Facebookun sədr müavinlərindən Con Hageman isə bu dəyişikliyin reklam sistemində hər hansı bir dəyişikliyə səbəb olmayacağını açıqlayıb.

13 Yanvar 2018 , 09:45   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin