Dünya Bankı Azərbaycana 90 milyon dollar ayırmaq üçün çalışır

Dünya Bankı “Azərbaycan kənd investisiyaları” layihəsinin üçüncü mərhələsinin (AZRIP-3) konsepsiyasının hazırlanmasını davam etdirir.

 

Bu barədə bankın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

 

Məlumatda qeyd olunur ki, hazırda kreditin məbləği müzakirə olunur: “Gündəlikdə bir neçə variant mövcuddur. Variantlardan birinə əsasən 90 milyon dollar həcmində kreditin ayrılmasını nəzərdə tutulur, amma hələlik bu məbləğ dəqiq deyil və dəyişdirilə bilər”.

 

Qeyd edək ki, bir müddət əvvəl Dünya Bankının Bakı ofisinin rəhbəri Nəvid Həsən Naqvi bildirmişdi ki, bank konsepsiyanı bu ilin sonunadək başa çatdırmağı planlaşdırır.

 

© Trend

13 Yanvar 2017, 09:50   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin