Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ-ın neft istehsalçıları yeni quyular qazmağa başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın neft istehsalçıları yeni quyular qazmağa başlayıb

ABŞ-ın, neft sənayesinin vəziyyəti və qısamüddətli dövr üzrə xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən qazılan neft quyularının sayı bu həftə artıb.


 
Neft sahəsinə xidmət şirkəti "Baker Hughes"ın həftəlik məlumatlara görə, 8-12 Yanvar tarixlərində ABŞ-da qazılan neft quyularının sayı 10 ədəd artıb.


 
 Sözügedən artım, ötən ilin iyun ayından bu yana ən sürətli artımdır.


 
Digər tərəfdən, ABŞ-ı təsiri altına alan qar fırtınası və dondurucu soyuq hava səbəbindən ölkənin xam neft hasilatı ötən həftə kəskin azalma göstərmişdi.


 
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqlanan məlumatlarına görə, ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 290 min barel azalaraq 9,49 milyon barelə geriləmişdi.


 
 EIA-nın yanvar ayı "Qısamüddətli Enerji Mənzərəsi Hesabatına" görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 10 milyon barrel olması ehtimal edilir.


 
Hesabata görə, ölkənin xam neft hasilatının 2019-da gündəlik orta hesabla 10,8 milyon barrelə yüksəlməsi, Noyabr 2019-da da gündəlik orta hesabla 11 milyon barelin üzərinə çıxaraq rekord qırması nəzərdə tutulur.

13.01.2018 07:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ