Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda Coca-Cola-nın satışları kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda Coca-Cola-nın satışları kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Coca-Cola İçecek A.Ş. (CCI)" "The Coca-Cola Company (TCCC)" markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsalı və  satışını həyata keçirir. CCI şirkəti Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya və Tacikistanda fəaliyyət göstərir. "Azərbaycan Coca-Cola Bottlers" MMC "Coca-Cola İçecek A.Ş. (CCI) şirkətinə bağlıdır.


"Marja" "Coca-Cola İçecek AŞ"yə istinadən xəbər verir ki, ötən il şirkətin Orta Asiyada cəmi satışları, Qazaxıstan və Azərbaycandakı güclü satışlar ilə əlaqədar olaraq 7 faiz artıb.

 

Maliyyə böhranından sonra Qazaxıstanda satışlar 17,5% artım ilə indiyə qədərki ən yüksək rəqəmə çatıb. 


 
Regionda ən böyük ikinci bazar olan Azərbaycanda isə, qazlı içkilər kateqoriyasında güclü artım ilə cəmi satışlar 27,2 faiz artım qeyd edib. Türkmənistanda satış həcmi isə, makroiqtisadi mühitdəki yavaşlama və digər problemlər ilə bağlı olaraq 45,8 faiz geriləyib.

 

Ötən ilin son rübündə isə şirkətin Azərbaycanda satış həcmi 34,7 faiz artım qeyd edib.

 

Ötən il "Coca-Cola İçecek AŞ"nin cəmi satışları 4,1 faiz artıb. Şirkətin qazlı içkilər satışında 3,3 faiz, qazsız içkilərdə 8,5 faiz və çay kateqoriyalarında 20,9 faiz artıma nail olarkən, su kateqoriyasının satış həcmi 3,2% azalıb. Türkiyə əməliyyatlarının ümumi satış həcmi içindəki payı 2016-ci ildə 51 faiz olduğu halda, 2017-ci ildə 50% olaraq reallaşıb.

13.01.2018 07:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ