Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ Trans-Pasifik Tərəfdaşlığından çıxdı - Trumpdan Fərman

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ Trans-Pasifik Tərəfdaşlığından çıxdı - Trumpdan Fərman
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ prezidenti Donald Trump, Trans-Pasifik (Sakit Okean) Tərəfdaşlıq Müqaviləsinə  (Trans-Pacific Partnership - TPP) son verib.  

 

Trump, Bazar Ertəsi günü ABŞ-ın Trans-Pasifik Tərəfdaşlığından çıxması barədə fərmanı imzalayıb.    

 

Yeni ABŞ prezidenti, Şimali Amerika Azad Ticarət Razılaşmasını (NAFTA) da yenidən müzakirə edəcəyi vədini verib.
 

ABŞ prezidenti Meksika və Kanada ilə Şimali Amerika Azad Ticarət Razılaşmasını müzakirə edəcək.  

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp TPP sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib.

 

12 ölkə tərəfindən fevral ayında imzalanmış TPP dünya iqtisadiyyatının 40%-ni təşkil edir.  

 

Üzv ölkələrə ABŞ, Yaponiya, Malayziya, Vyetnam, Sinqapur, Bruney, Avstraliya, Yeni Zelandiya, Kanada, Meksika, Çili və Peru daxildir.

 

Paktın məqsədi sözügedən dövlətlər arasında iqtisadi bağları gücləndirmək, tarifləri qaldırmaq və ticarəti inkişafına təkan verməkdən ibarətdir.

23.01.2017 19:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ