Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Lənkərandan xarici bazarlara çıxarılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lənkərandan xarici bazarlara çıxarılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cənub bölgəsində, o cümlədən Lənkəran rayonunda ənənəvi təsərrüfat sahəsi olan çəltikçiliyə maraq daha da artıb.  

 

Reklam_3_11

Ötən il Lənkəranda çəltik emalı zavodu açılıb. Regionda əhəmiyyətli layihələrdən olan bu müəssisə indi tam gücü ilə fəaliyyət göstərərək məhsul istehsalçılarının işini daha da asanlaşdırıb. Lənkəran çəltik emalı zavodu gündəlik 10 ton emal və 20 ton qurutma gücünə malikdir.

 

Müasir texnologiyalardan, qabaqcıl təcrübədən istifadə etmədən əkinçiliyin bütün sahələrində olduğu kimi, çəltikçilikdə də uğur qazanmaq mümkün deyil. Bu baxımdan müəssisə düyü istehsalı sahəsində ixtisaslaşmış ölkələrin qabaqcıl texnologiya və təcrübələrindən yararlanır.

 

Girdəni və Siyavar kəndlərində əvvəllər əl əməyindən istifadə edilərək gündə 0,50 hektara yaxın sahədə çəltik əkilirdisə, hazırda yeni texnikalar vasitəsilə gün ərzində 2 hektar sahədə çəltik əkmək mümkündür. Texnika ilə əkilən sahələrdən yüksək məhsul əldə olunur və bu üsul təsərrüfat sahibləri üçün də iqtisadi baxımdan səmərəlidir.

 

Zavoda düyü təhvil verənlərdən biri də təsərrüfatçı Sərdar Səttarovdur. “Ötən il 2 hektar sahədə ilk dəfə çəltik əkmişdim. Məhsuldarlıq çox yaxşı oldu. Əldə etdiyimiz məhsulu çəltik emalı zavoduna təhvil verdik. Hər kəs bilir ki, yerli “Haşimi” düyüsü özünəməxsus dada və fərdi xüsusiyyətlərə malikdir. Buna görə də yaxşı qiymətə satılır”, - deyə o bildirib.

 

İstər daxili, istərsə də xarici bazarlarda ekoloji cəhətdən təmiz düyüyə böyük ehtiyac var. Bunu çəltik emalı zavodunun direktoru Emin Cəbizadə də təsdiqləyir: “Lənkəranda istehsal edilən düyüyə böyük tələbat var. Emal etdiyimiz məhsulları “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarmaq üçün danışıqlar aparırıq. Yaxın gələcəkdə Lənkəran düyüsü bir çox xarici ölkə bazarlarına çıxarılacaq.”

 

Qeyd edək ki, zavodun aylıq emal gücü 300 ton, düyüqurutma gücü isə 900 tondur. Müəssisədə 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin gücünün iki dəfə artırılması və işçilərin sayının 60 nəfərə çatdırılması nəzərdə tutulub.

 

Müəssisənin ərazisində, həmçinin hazır məhsul anbarı, satış mərkəzi və əlavə istehsal sahəsinin yaradılması da planlaşdırılıb.

 

© Azərtac

14.01.2018 17:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ