Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Vasif Talıbov doqquzotaqlı mənzillərin yerləşəcəyi binanın təməlini qoydu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vasif Talıbov doqquzotaqlı mənzillərin yerləşəcəyi binanın təməlini qoydu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, yanvarın 14-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yeni yaşayış binasının təməlatması olub.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaşayış binasının layihəsinə və əraziyə baxıb.

 

Məlumat verilib ki, 44 mənzilli 6 mərtəbəli yeni yaşayış binası milli və müasir memarlıq üslubunda inşa olunacaqdır. Binada ikiotaqlı, üçotaqlı, dördotaqlı, yeddiotaqlı və doqquzotaqlı mənzillər yerləşəcəkdir. Mənzillərin sahəsi ikiotaqlılarda 90, üçotaqlılarda 110 və 150, dördotaqlılarda 153, 165 və 175, yeddi otaqlılarda 325 və 360, doqquzotaqlıda isə 420 kvadratmetr olacaqdır. Yaşayış binasında lift quraşdırılacaq, zirzəmidə 29 yerlik avtomobil dayanacağı yaradılacaqdır. 4 girişi olan binanın birinci mərtəbəsində 12 mağaza istifadəyə veriləcəkdir.

 

Ali Məclisin Sədri beton qarışığını bünövrəyə tökərək binanın təməlini qoyub.

 

Ali Məclisin Sədri tikinti işlərinin müasir mühəndis texniki tələblərə uyğun aparılması və keyfiyyət amilinə ciddi diqqət yetirilməsi barədə müvafiq tapşırıqlar verib.

15.01.2018 05:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ