Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Enerji nəhəngi Halliburton-un gəliri azalıb, zərəri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Enerji nəhəngi Halliburton-un gəliri azalıb, zərəri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın enerji nəhəngi Halliburton-un, 2016-ci ilin dördüncü rübündə gəlirlərinin azaldığı və zərərinin artdığı bildirilib.


 
Dünyanın ən böyük ikinci neft sahəsi xidmətləri şirkəti Halliburton-dan verilən məlumata görə, şirkətin ötən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21 faiz azalaraq 4,02 milyard dollara geriləyib. Şirkət, 2015-in dördüncü rübündə 5,08 milyard dollar gəlir əldə etmişdi.


 
Halliburton-un 2015-in dördüncü rübündə 28 milyon dollar olan zərəri ötən il eyni dövründə 149 milyon dollara yüksəlib.


 
Açıqlamada fikirlərinə yer verilən Halliburton icraçı direktoru Dave Lesar, aşağı neft qiymətləri səbəbilə neft sənayesinin "təlatümlü" bir il keçirdiyini bildirərək, "Şimali Amerika bazarı toparlanmış kimi görünsə də qlobal bazarda qiymətlər üzərində aşağı istiqamətli təzyiq davam edir" ifadəsini istifadə edib.


 
 Şirkətin dördüncü rüb balansının açıqlanmasının ardından Nyu-York Birjasında səhminin dəyəri 53,92 dollara qədər geriləyərək 3% azalma qeyd edib.

24.01.2017 04:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ