Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Avronun bahalaşması 1.2352 dollara kimi sürətlənə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avronun bahalaşması 1.2352 dollara kimi sürətlənə bilər

Bu həftə maliyyə bazarlarında dolların ucuzlaşması, Avrozonada inflyasiya və TCMB-nın faiz qərarı investorların diqqət mərkəzində olacaq hadisələrdir.


 

EUR

 

Dünya valyuta birjalarında avronun qiyməti son bir həftə ərzində 2.5% bahalaşıb. Hal-hazırda 1.2200$ ətrafında ticarət edilən EUR/USD məzənnəsi, 1.2220$-ı da yuxarı istiqamətdə qırarsa, artım dalğası 1.2352$-a kimi də sürətlənə bilər.

 

Qeyd etmək lazımdır ki, çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da Avrozona üzrə açıqlanacaq inflyasiya göstəricisi də diqqət mərkəzində saxlanılmalıdır.

 

GBP

 

GBP/USD qiyməti də son bir həftə ərzində 2.2 bahalaşıb. Dünya birjalarında dolların ucuzlaşması və neft qiymətlərində bahalaşma, funt sterlinqə müsbət təsir edən əsas amillərdir. Təhlillərə əsasən, qiymət 1.3766$-ı da yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, artım dalğası 1.3835$-a kimi də davam edə bilər.

 

Bu həftənin çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:30-da açıqlanacaq İngiltərənin inflyasiya ilə bağlı önəmli statistik məlumatlar da böyük maraqla gözlənilir.

 

TRY

Türkiyə bazarlarında dolların qiyməti 3.74TL-ə kimi ucuzlaşıb. Beləliklə, USD/TRY məzənnəsi 3.76TL-nin altında qaldıqca, 3.72TL-ə kimi də ucuzlaşa bilər.

 

Dünya maliyyə bazarlarında dolların təzyiq altında olması, məzənnənin ucuzlaşmasına təsir edən əsas amildir. Bununla yanaşı, investorlar cümə axşamı saat 15:00-da açıqlanacaq Türkiyə Mərkəzi Bankının faiz qərarını da diqqət mərkəzində saxlayırlar.


PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RISKSIZ ÖYRƏNİN!

 

OIL

 

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 69.00$-ın üzərində ticarət edilməkdədir. Qiymət 70.06$-a kimi dəyər qazanarsa və üzərində möhkəmlənərsə, bahalaşma 73.07$-a kimi də güclənə bilər.

 

Neftə olan tələbin artması ilə bağlı xəbərlər, qiymətlərin bahalaşmasına təsir edən əsas səbəbdir.


 

GOLD

 

Əlvan metallar bazarlarında da qızıl qiymətləri bahalaşmaqda davam edir. Hal-hazırda 1340$-ın (43.0 $/qram) üzərində ticarət edilən qızılın bir unsiya üzrə qiyməti, 1346$-a (43.2 $/qram) kimi də bahalaşarsa, artım dalğasının 1357$-a (43.5 $/qram) kimi də güclənəcəyi proqnozlaşdırılır.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

15.01.2018 06:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ