Ən yuxarı statik reklam_3

Kapital Bank daha da böyüdü - 100 MİLYONA YAXIN XALİS MƏNFƏƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank daha da böyüdü - 100 MİLYONA YAXIN XALİS MƏNFƏƏT

“Kapital Bank” ASC 2017-ci ili 94 milyon 839 min manat xalis mənfəətlə başa vurub.

 

Reklam_3_11

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Bankın cəmi gəlirləri 398 milyon 539 min manat, o cümlədən faiz gəlirləri 263 milyon 363 min manat, qeyri-faiz gəlirləri 135 milyon 176 min manat təşkil edib.

 

Audit olunmuş hesabata görə, “Kapital Bank” 2016-cı ili 86 milyon 965 min manat xalis mənfəət ilə başa vurmuşdu. Həmin il Bankın faiz gəlirləri 194 milyon 218 min manat, qeyri - faiz gəlirləri 131 milyon 766 min manat təşkil etmişdi. 

 

1 yanvar 2018-ci il tarixinə Kapital Bank-ın aktivləri 3,2 milyard manat təşkil edib.Qeyd edək ki, 2016-cı ilin sonunda Kapital Bank-ın aktivləri 2 milyard 923 milyon manat, 30 Sentyabr 2017-ci il tarixində isə 3 milyard 25 milyon 135.73 manat təşkil etmişdi. 

 

2017-ci ilin sonuna müştərilərə verilən kreditlərin həcmi isə 1,8% artaraq 1,2 milyard manat olub.

 

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2018-ci il tarixinə 2,4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 836,9 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 6% çoxdur. 

 

Bankın 1 yanvar 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 299,9 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir

 

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. 

15.01.2018 07:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ