Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Vətəndaş ötən il 41 manat daha çox xərcləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vətəndaş ötən il 41 manat daha çox xərcləyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 35,3 milyard manata bərabər olmuşdur.

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 17,9 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələmişdir.

 

Hesabat ilində məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

 

Məhsul qruplarının adları

Satışdan gəlir,milyon manatla

2016-cı ilə nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

35268,1

102,5

o cümlədən:

ərzaq məhsulları

16 197,7

102,1

içkilər və tütün məmulatları

1685,7

100,3

toxuculuq məhsulları, geyim və ayaqqabılar

6272,5

103,3

elektrik malları və mebellər

2118,1

102,4

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

255,5

101,7

əczaçılıq və tibbi mallar

461,7

101,9

avtomobil yanacağı

1938,1

100,8

digər qeyri-ərzaq məhsulları

6338,8

103,9

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

2017-ci ildə istehlak məhsullarının 11,8 faizi ticarət müəssisələri, 55,5 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,9 faiz, fərdi sahibkarlar üzrə 2,1 faiz, bazar və yarmarkalar üzrə 0,3 faiz artmışdır.

 

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 301,9 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 40,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,8 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

15.01.2018 09:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ