Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yanvarda 4,2 milyard dollar idi, Dekabrda 1,5 milyarddan aşağı düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yanvarda 4,2 milyard dollar idi, Dekabrda 1,5 milyarddan aşağı düşdü

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin (borclarının) ümumi həcmi 2017-ci il dekabrın 1-nə 2 milyard 501 milyon manat təşkil edib.

 

Reklam_3_11

Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına görə, bu, noyabrın 1-nə olan göstərici ilə müqayisədə 49,3 milyon manat və ya 1,93% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 2,81 dəfə azalıb.

 

Kommersiya banklarının xarici öhdəliklərinin kəskin azalması Azərbaycan Beynəlxalq Bankının (ABB) 2 milyard 266 milyon ABŞ dolları (3,85 mlrd. manat) həcmində xarici öhdəliklərinin Azərbaycan hökumətinə ötürülməsi səbəbindən baş verib. Nəticədə, dollar ekvivalentində xarici öhdəliklər dekabrın 1-nə 1 milyard 471 milyon dollar təşkil edib. Bu göstərici noyabrın 1-nə 1 milyard 500 milyon dollar, oktyabrın 1-nə 1 milyard 592 milyon dollar, sentyabrın 1-nə 3 milyard 779,1 milyon dollar olub. Yəni, dollar ekvivalentində bank sektorunun xarici öhdəlikləri aylıq müqayisədə 29 milyon dollar azalma göstərib. 

 

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci ilin yanvarında qeydə alınıb və 8 milyard 71,7 milyon manat və ya 4 milyard 211,7 milyon dollara bərabər olub.

 

© Report

15.01.2018 10:06

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ