Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sadələşdirilmiş vergi ödəyicilərinin nəzərinə - MÜDDƏT UZADILDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sadələşdirilmiş vergi ödəyicilərinin nəzərinə - MÜDDƏT UZADILDI

Azərbaycan Vergilər Nazirliyisadələşdirilmiş vergi ödəyiciləri üçün hesabatların verilməsi vaxtını bir qədər uzadıb.

 

Reklam_3_11

Bu barədə  Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

 

Məlumata görə, vergi ödəyiciləri tərəfindən 2017-ci ilin IV rübünə görə sadələşdirilmiş verginin bəyannaməsi 2018-ci il yanvarın 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir. Bu qərarın verilməsinə səbəb yanvarın 20-21-nin qeyri-iş günləri olması ilə bağlıdır.

 

Nazirlik bildirir ki, bəyannamə internet vasitəsi ilə elektron formada və ya kağız daşıyıcıda tərtib olunaraq poçt vasitəsi ilə vergi orqanına göndərilə bilər.

 

“Vaxt, tərtib edilmə və resurslara qənaət baxımından bəyannamənin internet vergi idarəsinə (www.e-taxes.gov.az) daxil olub, onlayn tərtib edilməklə göndərilməsi daha əlverişlidir. Bunun üçün isə gücləndirilmiş elektron imza, o cümlədən “Asan İmza” və ya vergi orqanından əldə edilmiş istifadəçi kodu, parol və şifrə tələb olunur. Hazırda vergi ödəyicilərinin mütləq əksəriyyəti elektron sənəd mübadiləsinə qoşulub”, - deyə Nazirlikdən bildirilib.

 

15.01.2018 10:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ