"Şahbazov belə bir göstəriş verməyib"
“Azərenerji” ASC-nin tabeliyində olan müəssisə və təşkilatlarda kütləvi ixtisarlar başlayıb. Bu barədə adıçəkilən qurumda çalışan şəxslər məlumat verib.
Məlumata görə, müxtəlif müəssisələrdə ixtisarların səbəbləri fərqli izah edilir. Belə ki, Bakıda yerləşən "Şimal" elektrik stansiyasında çalışan işçilərə ixtisarların bir müddət əvvəl həmin stansiyaya baş çəkmiş energetika naziri Pərviz Şahbazovun göstərişi ilə reallaşdırıldığı deyilib.
Paytaxtın Nobel prospektində yerləşən Bakı İstilik Elektrik Mərkəzində isə işdən azad edilən əməkdaşlara bu qərarın “Azərenerji”nin sədri Etibar Pirverdiyev tərəfindən verildiyi deyilib.
Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva bildirib ki, P.Şahbazov belə bir göstəriş verməyib: “Cənab nazir təyinatından sonra Nazirliyin tabeliyində olan müəssisələrə baş çəkib. O, yalnız işin keyfiyyətinin artırılması ilə bağlı tapşırıqlar verib. Hansısa əməkdaşın işdən azad edilməsi ilə bağlı heç bir göstəriş olmayıb”.
“Azərenerji”nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı isə bildirib ki, sözçüsü olduğu qurumda hər hansı ixtisar aparılmır: “Azərenerji”nin aparatında və strukturuna daxil olan müəssisələrdə heç bir kadr ixtisarı aparılmır və bu, nəzərdə tutulmayıb. Burada mütəmadi olaraq daxili idarəetmənin təkmilləşdirilməsi və struktur vahidlərinin səmərəliliyinin artırılması məqsədi ilə müvafiq işlər həyata keçirilir”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
7 saat əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
7 saat əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
8 saat əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 8 saat əvvəl
-
19 saat əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
21 saat əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 22 saat əvvəl
-
22 saat əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
22 saat əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ