Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Qala Həyat” sığorta 2017-ci ilin nəticələrini açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Həyat” sığorta 2017-ci ilin nəticələrini açıqlayıb

Azərbaycanın həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış şirkəti olan “Qala Həyat” sığorta 2017-ci ilin yekunları ilə bağlı əsas maliyyə göstəricilərini açıqlayıb.

 

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Marja"ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən “Qala Həyat” sığorta şirkəti tərəfindən ötən ildə könüllü və icbari sığorta növləri üzrə ümumilikdə 19,894 mln. manat həcmində sığorta haqqı toplanılıb.

 

Hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə verilən ödənişlərin həcmi isə 17,583 mln. manat olub.

 

Qeyd edək ki, “Qala Həyat” şirkəti müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.

 

Xatırladaq ki, Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.

 

15.01.2018 13:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ