Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dollarlaşma 69 faizə düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollarlaşma 69 faizə düşüb

2017-ci il dekabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 370,6 mln. manat təşkil edib ki, bunun da 2 mlrd. 285,5 mln. manatı (31,01%) milli  valyuta, 5 mlrd. 85,1 mln. manatı (68,99%) isə xarici valyuta ilə yerləşdirilib. 2017-ci ilin əvvəlində bu nisbət 80%-dən yüksək idi.

 

Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

 

2016-cı ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 768,3 mln. manat və ya 50,64% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 846,3 mln. manat və ya 14,3% azalma var.

 

Bununla yanaşı, ötən ilin oktyabr ayı ilə müqayisədə noyabrda manatda olan əmanətlərin həcmi 95,9 mln. manat və ya 4,4% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 5,5 mln. manat və ya 0,11% azalıb.

 

© APA

15.01.2018 13:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ