Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yahoonun Verizona satılması ikinci rübə qaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yahoonun Verizona satılması ikinci rübə qaldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
İnternet xidmətləri şirkəti Yahoo-nun ABŞ-ın rabitə nəhəngi Verizona satışının ilin ikinci rübündə həyata keçirilməsinin gözlənildiyi bildirilib.


 
"Marja" xəbər verir ki, Yahoo şirkəti tərəfindən verilən  açıqlamada, şirkətin ABŞ-ın ən böyük mobil telefon operatoru və ən geniş yayılmış internet xidməti təchizatçılarından Verizona satışının bu ilin ilk rübü yerinə, ikinci rübündə başa çatmasının proqnozlaşdırıldığı qeyd olunub.


 
 Açıqlamada, satışın başa çatmasına dair, "Lazımlı şərtlərin yerinə yetirilməsi çərçivəsində hələ də işləməyə ehtiyac var" ifadəsinə yer verilib.


 
 Verizon keçən ilin iyul ayında Yahoo-nu 4,83 milyard dollara satın alacağını açıqlayıb, lakin Yahoo-nun 2013-ci ildə 1 milyard, 2014-də də 500 milyon istifadəçisinin hesab məlumatlarının kompüter hakerlərinin ələ keçirməsinin ardından satışla bağlı bir sıra məsələlər ortaya çıxmışdı.


 
 Yahoo-nun Verizon tərəfindən satın alınması, bu şirkətin malik olduğu nağd pulla Çinli e-ticarət nəhəngi Alibaba Group və Yahoo Yaponiyadakı səhmlərini əhatə etmir.


 
 Satış müqaviləsi başa çatdıqdan sonra Yahoo-nun yeni adının Altaba Inc. olması gözlənilir.


 
 Yahoonun gəlir və mənfəətində artım


 
Yahoodan verilən açıqlamada,  şirkətin 2016-ci ilin dördüncü rübündəki xalis mənfəət və gəlirinin artdığı qeyd edilib.


 
Şirkətin ötən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrünə nisbətən 15,7 faiz artaraq 1,47 milyard dollara çatıb. Şirkət, 2015-in dördüncü rübündə 1,27 milyard dollar gəlir əldə etmişdi.


 
 Yahoo, 2016-nın dördüncü rübündə 162 milyon dollar xalis mənfəət əldə edib. Şirkətin zərəri əvvəlki ilin eyni dövründə 4,4 milyard dollar olmuşdu.


 
Xalis mənfəət və gəlirlərdəki artımın sonra Yahoonun səhminin dəyəri  1,9 faiz artım qeyd edərək 43,20 dollara qədər çatıb.

24.01.2017 05:16

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ