Ən yuxarı statik reklam-3_3

Xarici banklara depozit yerləşdirib milyonlar qazanan Azərbaycan bankı!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xarici banklara depozit yerləşdirib milyonlar qazanan Azərbaycan bankı!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Sənaye Bankı” ASC-nin 2017-ci ildəki 24 milyon 456 min manat faiz gəlirlərinin 11 milyon 737 min manatını kreditlər üzrə faiz gəlirləri, 12 milyon 488 min manatını isə Bankın digər banklarda yerləşdirdiyi depozitlərdən əldə etdiyi gəlirlər təşkil edib. Bank həmçinin banklararası bazarın qısamüddətli maliyyə alətləri üzrə 208 min manat faiz gəliri əldə edib.

 

“Marja” xəbər verir ki, “Azərbaycan Sənaye Bankı” digər banklara 607 milyon 982 min manat depozit yatırıb.  Bu məbləğ, bankın müştərilərə verdiyi 298 milyon 829 min manat kreditlərdən 2 dəfə çoxdur.

 

607 milyon 982 min manat depozitin 441 milyon 372 min manatı qeyri-rezident banklara, 166 milyon 609 min manatı isə rezident banklara yatırılıb.

 

2016-cı ilin sonunda “Azərbaycan Sənaye Bankı”nın digər banklardakı depozitləri 442 milyon 675 min manat idi. Həmin vəsaitin 182 milyon 382 min manatı yerli banklara sərmayə edilmişdi.

 

31 Dekabr 2017-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın cəmi aktivləri 945 milyon 189 min manat təşkil edib. Banklardakı depozitlər cəmi aktivlərin 64%-dir.

 

31 Dekabr 2017-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın cəmi öhdəlikləri 854 milyon 830 min manat, o cümlədən bankdakı depozitlər 628 milyon 656 min manat təşkil edib. Bundan başqa digər banklar "Azərbaycan Sənaye Bankı"na 171 milyon 24 min manat depozit yerləşdirib.

 

“Azərbaycan Sənaye Bankı”nın maliyyə göstəricilər barədə daha ətraflı:  http://marja.az/news/19178

16.01.2018 06:19

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ