Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avronun bahalaşması 1.2463 dollara kimi davam edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avronun bahalaşması 1.2463 dollara kimi davam edə bilər

Almaniyada yeni hökümətin qurulması ətrafında danışıqların bərpası avroya olan inamın artmasına təsir edib.


 

Avroda növbəti hədəf: 1.2463$  

 

Beynəlxalq maliyyə bazarlarında avronun qiyməti 1.23$-a kimi bahalaşıb. Bununla yanaşı, Almaniyada yeni hökümətin qurulması istiqamətində danışıqlar da investorların diqqət mərkəzindədir. Burada cari həftə ərzində əldə ediləcək irəliləyişlər, avronun qiymətinə daha da dəstək ola bilər. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.2305$-ın üzərində möhkəmlənərsə, artım dalğası 1.2463$-a kimi də davam edə bilər. 

 

Dolların ucuzlaşması, neft və qızılın bahalaşması 

 

Avronun bahalaşması, dünya birjalarında dollara olan təzyiqləri də artırır. Artıq son 3 ilin minimum səviyyəsində ticarət olunan dollar, əmtəə bazarlarında neft və qızıl qiymətlərinin də dəyər qazanmasına təsir edir. Belə ki, Avropanın Brent nefti 70.12$-a kimi bahalaşıb, qızılın bir unsiya üzrə qiyməti isə 1240$-ın üzərində təklif edilir.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya Şirkəti tərəfindən hazırlanıb.

16.01.2018 06:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ