Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Sığorta bazarının 2017 göstəriciləri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarının 2017 göstəriciləri açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 556 milyon 866 min 578 manat sığorta haqqı toplanıb. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 257 milyon 109 min 597 manat təşkil edib. Bu barədə "Marja"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

 

Reklam_3_11

Qeyd edək ki, 2016-cı ilin  yanvar-dekabr ayları ərzində 486 milyon 74 min manat sığorta haqları toplanmış, 237 milyon 250 min manat sığorta ödənişləri həyata keçirilmişdi.

 

2017-ci il ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 46.2 manatı sığorta hadisələrinin ödənişinə yönəldilmişdir. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 48.8 manat olub.

 

Könüllü sığorta bazarı üzrə haqlar 375 milyon 231 min manat, bu sığorta növləri üzrə ödənişlər isə 199 milyon 425 min manata yaxın məbləğ təşkil edib.

 

2017-ci ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta haqlarının 67.4% könüllü, 32.6% icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 77.6% könüllü, 22.4% icbari sığorta növlərinin payına düşüb.

 

2017-ci ilin yanvar-dekabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

16.01.2018 08:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ