Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR-dan "Mübariz Mənsimov" açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-dan "Mübariz Mənsimov" açıqlaması

“SOCAR Mübariz Mənsimov və ya “Palmali” Şirkətlər Qrupuna məxsus gəmiləri müsadirə etməyib, ona qarşı buna bənzər hər hansı bir tədbir də görməyib”.

 

Bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov SOCAR-ın “Palmali” Şirkətlər Qrupuna məxsus 14 gəminin müsadirə etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.

 

“Palmali” şirkətlərinə aid olan gəmilərin limanlara buraxılmamasına gəlincə, İ.Əhmədov bildirib ki, bu məsələ müvafiq orqanların səlahiyyətindədir: “SOCAR bununla bağlı hər hansı məlumata malik deyil”.

 

Qeyd edək ki, dünən bəzi Türkiyə media orqanları SOCAR şirkətinin öz zavod və müəssisələrinə “Palmali” gəmilərinin daxil olmasına qadağa qoyması barədə məlumat yayılıb. Məlumatda “Palmali Dənizçilik Şirkəti”nin SOCAR-a olan borclarını vaxtında ödəmədiyi üçün şirkətin 14 gəmisi müsadirə edildiyi bildirilib. Məlumatda həmin gəmilərin SOCAR-ın balansına keçərək yeni gəmiçilik şirkətinin yaradılması da öz əksini tapıb. 

 

HƏMÇİNİN OXU: Mənsimovdan gəmilərin müsadirəsinə reaksiya

 

 

© APA

16.01.2018 08:28

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ