Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Vergilər naziri özünə 3 yeni müşavir təyin edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər naziri özünə 3 yeni müşavir təyin edib

Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov özünə 3 yeni müşavir təyin edib. 

 

Bununla da onun müşavirlərinin sayı 5-ə çatıb.

 

Məlumata görə, yeni müşavirlər Orxan Nəzərli, Abdulla Tağıyev və Xəqani Abdullayevdir.

 

Qeyd edək ki, X.Abdullayevin təyinatı ilə bağlı ötən həftə məlumat yayılmışdı.

 

Əlavə edək ki, M.Cabbarov bundan əvvəl Camal Qasımov və Elnur Əliyevi özünə müşavir təyin etmişdi.

 

C.Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub. A.Tağıyev isə təhsil nazirinin müşaviri olub.

 

Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunub.

 

© Report

16.01.2018 08:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ