Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi barədə Fərman imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi barədə Fərman imzalayıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi qeydiyyata alınıb


 

Reklam_3_11

Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. 

 

Bu barədə  Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

 

Fərmana əsasən, agentliyin Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə və agentliyin özünə həvalə olunub.

 

Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 4 milyon manat təşkil edir.

 

Agentliyin Nizamnaməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları və digər məsələlər əksini tapıb.

 

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi qeydiyyata alınıb.

16.01.2018 11:34

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ