Ən yuxarı statik reklam_3

Yeni ekspert qrupu yaradılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni ekspert qrupu yaradılır

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində Xəzinədarlıq və fondların idarə olunması üzrə ekspert qrupunun yaradılması planlaşdırılır.

 

Reklam_3_11

 ABA-dan "Marja"ya daxil olmuş məlumata görə, buna səbəb son vaxtlar bankların valyuta və qiymətli kağızlarla, eləcə də törəmə əməliyyatları, likvidliyin idarə olunması, valyuta mövqeyi, valyuta, faiz və likvidlik risklərinin idarə olunması, aktiv və passivlərin idarə olunması, aktivlərin transfer qiymətləndirilməsi və s. kimi istiqamətlərdə aktiv müzakirələrin getməsi, bu sahələr üzrə normativ qaydalar və prosedurlarda dəyişikliklərin baş verməsidir.

 

Qrup bankların xəzinədarlıq departamentlərinin rəhbərlərini və kuratorları bir araya toplayacaq.

 

Qeyd edək ki, hazırda ABA-nın nəzdində 9 ekspert qrupu fəaliyyət göstərir. 

 

- hüquqi məsələlər,

- informasiya texnologiyaları,

- ödəniş sistemləri və alternativ xidmət kanallar,

- kredit işi və risk,

- tədris strategiyaları və insan resursları,

- çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayns,

- daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq,

- ipoteka krediti proqramının inkişafı,

- marketinq və PR üzrə qruplardır.

 

Xatırladaq ki, ABA 1990-cu ildə kommersiya bankları təsis edib. Məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” MMC ABA-nın üzvüdür.

16.01.2018 12:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ