Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yeni yaradılan aqroparkda ilk dəfə əkin həyata keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni yaradılan aqroparkda ilk dəfə əkin həyata keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni yaradılan aqroparklardan biri Goranboy və Samux rayonları ərazisində yerləşən “Region Aqro” müəssisəsidir.

 

Reklam_3_11

İlk dəfə ötən ilin oktyabrından əkin həyata keçirən “Region Aqro” bu il sahələrdən həm yüksək məhsuldarlıq gözləyir, həm də ölkədə kənd təsərrüfatının inkişafına töhfə verməyə çalışır. Aqroparkın ərazisində 823 hektarda payızlıq taxıl, 93 hektarda yonca səpilib, 500 hektar sahədə isə çuğundur, qarğıdalı, kartof və günəbaxan əkiləcək.

 

Yeni yaradılan aqroparkda bu vaxta qədər görülmüş işlər və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında “Region Aqro”nun direktoru Sənan Qədimov məlumat verib.

 

Sənan Qədimov bildirib ki, yeni təsərrüfat sahəsinin yaradılması üçün Goranboy və Samux rayonlarının ərazində 4 min 700 hektar sahə əkin məqsədilə istifadəyə verilib.

 

Aqroparkın inkişafı üçün iki mərhələdən ibarət layihə hazırlanıb. Layihənin birinci mərhələsində aqroparkın 2 min hektar ərazisində ABŞ-ın “Valley” şirkəti tərəfindən 24 müasir pivot suvarma sistemi qurulub. Aqropark ərazisində 100 min kubmetr hovuz tikilib, 300 min kubmetrlik ikinci hovuzun tikintisi isə davam etdirilir. Əraziyə elektrik xətti çəkilib, yarımstansiya tikilib. Həmçinin aqroparkın işçiləri üçün 70 nəfərlik yataqxana binası inşa edilib. Hazırda ofis binası və aqroparkdakı texnikanın saxlanması üçün iki talvar tikilir.

 

Əkin işini yüksək keyfiyyətlə həyata keçirmək üçün “Aqrolizinq” ASC-dən müxtəlif adda texnika və gübrə, Tərtər Bölgə Təcrübə Stansiyasından və özəl təsərrüfatlardan isə “super elit” toxumlar alınıb. Aqroparkda ilk mərhələdə Goranboy rayonu və ətraf kəndlərin 100 sakini işlə təmin olunub.

 

Sənan Qədimov qeyd edib ki, “Region Aqro”nun inkişafı üçün nəzərdə tutulan layihənin ikinci mərhələsində isə 2 min 700 hektar ərazidə pivot suvarma sistemi qurulacaq. Aqroparkda işlər tam başa çatdıqdan sonra burada 500 nəfər işləyəcək.

 

© Azərtac

16.01.2018 14:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ