Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Azerspace-2” peykinin hazırlıq mərhələsindən son görüntülər yayılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azerspace-2” peykinin hazırlıq mərhələsindən son görüntülər yayılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki “Azerspace-2” 2018-ci ilin aprel ayında Fransanın Ariane-5 raketi ilə Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılması nəzərdə tutulur.

 

“Azərkosmos” ASC-nin Korporativ kommunikasiya departamentindən verilən məlumata görə,  “Azerspace-2” peykinin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir. 

 

Hazırda yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastrukturun modernizasiyası işləri aparılır.

 

Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. “Azerspace-2”  regionda artmaqda olan tələbatı qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Bu peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq və müştərilərə daha etibarlı xidmət göstərmək və şirkətin göstərdiyi peyk xidmətlərinin hazırkı əhatə zonasını genişləndirmək imkanı verəcək.

16.01.2018 18:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ