İcbari sığortada ödənişlər azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari sığortada ödənişlər azalıb

Könüllü sığorta 17,7%, icbari sığorta isə 8,5% artıb​

 

2017-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 375,231 milyon manat sığorta haqqı toplanılıb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bu, 2016-cı illə müqayisədə 17,7% çoxdur.

 

İl ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 8,5% artaraq 181,635 milyon manat olub.

 

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 199,425 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 11,1% çoxdur. Ötən il icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 0,2% azalaraq 57,685 milyon manata düşüb.

 

Beləliklə, 2017-ci ildə könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 53,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2016-cı ildə 56,3 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 34,5 manatdan 31,8 manata düşüb. 

 

Həyat sığortası 44%, qeyri-həyat sığortası isə 2% artıb

 

 

2017-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 211,021 milyon manat sığorta haqqı toplanılıb.Bu, 2016-cı illə müqayisədə 43,7% çoxdur.

 

İl ərzində qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 345,846 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2% çoxdur.

 

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 37,5% artaraq 130,633 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 11,1% azalaraq 126,476 milyon manata düşüb.

 

Beləliklə, 2017-ci ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı, qeyri-həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 36,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2016-cı ildə müvafiq olaraq 64,7 manat və 41,9 manat olub. 

 

© Renkinq

16.01.2018 18:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ