Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

BP "sızıntı" üçün daha 1,7 milyard dollar ödəyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP "sızıntı" üçün daha 1,7 milyard dollar ödəyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniyanın neft nəhəngi British Petroleum (BP), 2010-cu ildə ABŞ-ın Meksika Körfəzi bölgəsində baş verən neft sızması səbəbilə daha 1,7 milyard dollar ödəmə edəcəyini bildirib.
 

"Marja" BP-yə istinadən xəbər verir ki, ABŞ məhkəməsində baxılan iş üzrə əldə edilmiş razılaşma çərçivəsində, şirkətin daha 1,7 milyard dollar ödəmə edəcəyi, bunun da şirkətin 2017-ci il dördüncü rüb balansında əks olunacağı qeyd olunub.
 

Reklam_3_11

Açıqlamanın ardından, BP-nin Nyu-York Birjasında dövriyyədə olan səhmi 3,1 faiz ucuzlaşaraq 42,53 dollara qədər geriləyib.
 

Açıqlamada fikirlərinə yer verilən BP-nin Maliyyə İşlər Müdiri (CFO) Brayan Gilvar, neft qiymətlərinin orta hesabla 50 dollar olması vəziyyətində sözügedən ödəmənin şirkətin maliyyə imkanları çərçivəsində həyata keçiriləcəyini qeyd edib.
 

BP-nin ümumi xərc 65 milyard dollara yüksəlib
 

Beləliklə, 2010-da Meksika Körfəzində baş verən neft sızmasının BP-yə ümumi xərci təxminən 65 milyard dollara yüksəlirb.
 

2016-cı ilin Aprelində ABŞ-ın Ədalət Nazirliyi ilə əldə etdiyi razılaşma ilə 5 əyalətin yerli hakimiyyət orqanlarına 20 milyard dollar ödəməyi qəbul edən BP, 2015-ci ilin  İyul ayında da 18,7 milyard dollar ödəməyə razı olmuşdu.

 

BP-nin ABŞ-ın Meksika Körfəzi sahillərinin təmizlənməsi, yerli müəssisə sahiblərinin zərərlərinin ödənilməsi və federal hökumətə ödəyəcəyi cərimələrin ümumi həcmi isə təxminən 25 milyard dollar təşkil etmişdir.
 

Meksika Körfəzindəki "Deepwater Horizon" adlı neft platformasında 2010-cu ilin Aprel ayında meydana gələn partlayışda 11 işçi həyatını itirmişdi.
 

ABŞ tarixindəki ən böyük neft sızması və ətraf mühit fəlakəti olaraq görülən partlayışda 4,2 milyon barrel xam neft okeana axmış və neft quyusu ancaq partlayışdan 87 gün sonra tamamilə bağlanamışdı.

17.01.2018 05:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ