Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda filtrsiz siqaret satışı qadağan edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda filtrsiz siqaret satışı qadağan edilib

İqtisadiyyat Nazirliyi “Azəri” korporasiyasına həmin müəssisənin Şəkidə 2016-cı ilin iyulundan istehsal etdiyi filtrsiz “Pramida”  siqaretinin satışını qadağan edib. Bu barədə yanvarın 23-də “Azad İstehlakçılar” İB-nin rəhbəri Eyyub Hüseynov bildirib.

 

Reklam_3_11

Filtrsiz siqaret istehsalı faktının araşdırılması “Azad İstehlakçılar” İB-nin Nazirlər Kabinetinə müraciətindən sonra başlayıb.

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin cavab məktubunda qeyd edilir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə 14 dekabr 2016-cı ildən “Azəri” korporasiyasına filtrsiz siqaret istehsalı üçün 16 iyul 2016-cı ildə verilən gigiyena sertifikatı ləğv edilib.

 

“Filtrsiz siqaret istehsalının qadağan edilməsi istehlakçıların qələbəsidir. İndi növbə bu siqaretləri satışdan yığışdırmalı olan Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindir», deyə Eyyub Hüseynov bildirib.  

 

© Contact

24.01.2017 07:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ