Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“TuranBank” ardıcıl 3-cü ildə də zərərdə olduğunu açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“TuranBank” ardıcıl 3-cü ildə də zərərdə olduğunu açıqladı

“TuranBank” 2017-ci ili 725 min manat zərər ilə başa vurub.

 

Reklam_3_11

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Bankın faiz gəlirləri 29 milyon 479 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 160 min manat təşkil edib.

 

2016-cı ildə 33 milyon 515 min manat faiz, 6 milyon 24 min manat qeyri-faiz gəliri əldə edən “TuranBank”, həmin ili 1 milyon 398 min manat zərər ilə başa vurmuşdu.

 

Bank 2015-cı ildə 1 milyon 132 min manat zərər açıqlamışdı.

 

2016-cı illə müqayisədə 2017-ci ildə gəlirlərdə azalma olduğu halda zərərin də azalması, Bankın 2016-cı illə müqayisədə ehtiyatlara daha az vəsait ayırması ilə bağlıdır. 2016-cı ildə ehtiyatlara  4 milyon 25 min manat ayırmış bank, 2017-ci ildə 1 milyon 148 min manat ayırıb.

 

MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR AZALIB

 

Bu il yanvarın 1-nə “Turan Bank”ın cəmi aktivləri 477 milyon 316 min manat olub ki, bu da 2016-cı ilin sonu ilə müqayisədə 9,6% azdır. Aktivlərin 266 milyon 771 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ildə Bankın kredit portfeli 5,6% kiçilib.

 

KAPİTALI DA AZALIB 

 

"TuranBank"ın cəmi balans kapitalı 2016-cı ildəki 59 milyon 235 min manatdan 58 milyon 970 min manata geriləyib.Bankın məcmu kapitalı isə 69 milyon 363 min manatdan 68 milyon 623 min manata düşüb.

17.01.2018 07:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ