Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı

Xəbər verdiyimiz kimi Kapital Bank, “Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır. 2017-ci ilin dekabr ayında yekunlaşan mövsümdə “Bilik Kuboku”nun sahibi “Sumqayıt” komandası olub.


Kapital Bank-ın nümayəndələri tərəfdaş olaraq qalib komanda ilə görüşüb və komandanı təbrik edib. Qalib komandaya 3000 manat pul və korporativ hədiyyələr təqdim edilib.


Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, Kapital Bank həmçinin “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.


Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

17 Yanvar 2018 , 10:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin