Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda toxumçuluq işi israilli mütəxəssislərin layihəsi əsasında yenidən qurulur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda toxumçuluq işi israilli mütəxəssislərin layihəsi əsasında yenidən qurulur

Azərbaycanda tərəvəz və kartof toxumçuluğu işi İsrail dövlətinin “Breedit” şirkətinin mütəxəssislərinin layihəsi əsasında yenidən qurulur.

 

Reklam_3_11

Tərəvəz və kartof toxumçuluğu işinin fundamental əsaslarla dünya standartlarının tələblərinə uyğun qurulması üçün Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda (TEİT) toxumçuluq və biotexnologiya istiqamətində işlərə başlanılıb. Bu məqsədlə mövcud laboratoriyalar Avropa və Amerika şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla komplektləşdirilir.

 

Hazırda “Breedit” şirkətinin layihəsi əsasında TETİ-də 6,14 hektar ərazidə müasir istixana və 30 hektar açıq sahədə tərəvəz toxumçuluğunun beynəlxalq tələblərə uyğun təşkili üçün iş aparılır. Burada yerləşdiriləcək tərəvəzlərdən yüksəkkeyfiyyətli toxum almaq məqsədilə iki emal sexi tikilib və yaxın vaxtlarda istifadəyə veriləcək. Toxumlar emal prosesindən keçdikdən sonra qablaşdırılacaq, qabların üzərində “Made in Azerbaijan” sözü yazılacaq. Seleksiya və toxumçuluq laboratoriyasının əməkdaşları istehsal və emal proseslərində yaxından iştirak edəcəklər. Toxumçuluqla bağlı bir sıra təlim kurslarının və treninqlərin keçirilməsi də nəzərdə tutulub.

 

Ölkənin ilkin mərhələdə kartof toxumuna tələbatının 50 faizinin ödənilməsi və idxaldan asılılığın azaldılması üçün beynəlxalq layihə çərçivəsində yaradılmış “Azərbaycanda tərəvəz və kartof bitkiləri üzrə toxumçuluq müəssisəsi”ndə bu işlərin gedişi diqqət mərkəzində saxlanılır.

 

Müəssisənin yaradılmasından məqsəd daxili bazarda güclü tələbat duyulan, o cümlədən ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan tərəvəz bitkiləri üzrə yüksək məhsuldar toxumlar əldə etmək, ölkəmizin müxtəlif zona və iqlimlərinə uyğun bitkilərin seleksiyasını həyata keçirmək, ilboyu istixanalarda və mövsümi olaraq açıq sahələrdə seleksiya aparmaq, yerli fermerləri sərfəli qiymətə keyfiyyətli toxumlarla təmin etməkdir.

 

© Azərtac

17.01.2018 08:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ