Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan əhalisi fərdi ev tikintisini artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan əhalisi fərdi ev tikintisini artırıb

2017-ci ildə ölkə vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1 milyon 599,9 min kvadrat metr olan 11,5 min fərdi yaşayış evi istifadəyə verilmişdir ki, bu da ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 92,6 faizini təşkil etmişdir. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.

 

Xəbər verildiyi kimi, 2016-cı ildə Azərbaycanda vətəndaşlarınm şəxsi hesabına 11,2 min fərdi yaşayış evi inşa olunub. Beləliklə, 2017-ci ildə fərdi yaşayış evlərinin sayı 2,7% artıb.


Ötən il fərdi yaşayış evlərinin 626,7 min kvadrat metri və ya 39,2 faizi kənd yerlərində tikilmişdir.

 

Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 138,6 kvadrat metr olmuşdur. Evlərin 59,3 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilmişdir.

17.01.2018 08:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ