Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Kriptovalyutaların gələcək taleyi dövlətlərin münasibətindən asılı olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kriptovalyutaların gələcək taleyi dövlətlərin  münasibətindən asılı olacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin geridə qalan günləri kriptovalyutalar üçün də heç də uğurlu olmadı. Son bir ayda Bitcoin  41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib. Cənubi Koreyanın kriptovalyutalar ilə əməliyyatları qadağan etmək istəyi virtual valyutaların daha da ucuzlaşmasına səbəb olub.  


Tanınmış iqtisadçı Vüqar Bayrabov bildirib ki, kriptovalyutların gələcəyi dövlətlərin onlara münasibətlərindən asılı olacaqdır:

Reklam_3_11

 

"Bitcoin  ilə yanaşı, digər əksər kreptovalyutaların da dəyərində azalmalar müşahidə edilməkdədir. Bu arada əksər beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kreptovalyutalar ilə bağlı ehtiyatlı açıqlamalar gəldi. Bitcoin-dəki köpüklər partlayırmı? Əslində, öncədən əksər beynəlxalq qurumlar Bitcoin-in qiymətinin 8 min dolları keçəcəyi halda köpüklərin yaranacağını proqnozlaşdırmışdılar. Aydındır ki, əksər Mərkəzi Bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil və bu zaman tələb edəcək. Blokçeyn üzrə əməliyyatlar ənənəvi bankçılığı tələbi azaldır. Və sadəcə bu kontekstdən də hələlik nə əksər Mərkəzi Banklar, nə də kommersiya bankları virtual valyutaları xoş qarşılamırlar. Güman olunur ki, kriptovalyutaların gələcək taleyi birbaşa aparıcı dövlətlərin onlara münasibətindən asılı olacaq. Aparıcı ölkələr virtual pulların istifadə dairəsini məhdudlaşdırmaqda davam edəcəklərsə o zaman yeni qiymət azalmaları qaçılmazdır. Amma əgər ABŞ virtual pulları dəstəkləyərsə, o zaman kriptovalyutalar “ayaqda dura” bilərlər. Bütün hallarda isə, kriptovalyutaların taleyinin necə olmasından asılı olmayaraq, yaxınlarda olmasa da, bütövlükdə gələcək virtual valyutaların olacaq".

17.01.2018 09:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ