Üç gündə 150 milyard dollar "buxarlandı"

Bitcoin, kriptovalyutalarda satış dalğasının güclənməsilə Noyabr ayından bəri ilk dəfə 10 min dollardan aşağı düşə bilər. "Marja" xəbər verir ki, bunu Bloomberg yazıb.
 

Bazar dəyəri ən çox olan virtual pulun (Bitcoin) qiyməti 11 min dollardan da aşağı geriləyərək 10 min dollar həddinə yaxınlaşıb.


Bloomberg qiymətlərinə görə, gün ərzində 10050 dollara qədər geriləyən virtual pulun bu həftəki itkisi təxminən 25 faiz səviyyəsindədir. Dekabr ayında görülən 19500 dolların üzərindəki ən yüksək səviyyə ilə müqayisədə isə, Bitcoin, 50% ucuzlaşıb.

 

Bitcoin ilə bərabər, Ripple və Ethereum daxil digər virtual pullar da kəskin ucuzlaşıb.  


 
"Coinmarketcap" göstəricilərinə görə dünyanın ən böyük üç kripto valyutasının ümumi bazar dəyərindən üç gündə 150 milyard dollar silinib.

17 Yanvar 2018 , 17:15   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin