Mərkəzi Bankın notları tam məbləğdə yerləşdirilib

17 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100367S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 98.8627 AZN (14.79%) və 98.9300 AZN (13.91%) olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 290 961 700,00 AZN olmuşdur.

 

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8848 (14.50 %), orta ölçülmüş qiyməti 98.8895 AZN (14.44%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000000 AZN təşkil etmişdir.

 

Notların ödəmə tarixi 14.02.2018

17 Yanvar 2018 , 17:21   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin