Bitcoin-in qiyməti 10 min dollardan da aşağı düşdü

Bitcoin-in qiyməti 10 min dollardan da aşağı düşdü.

 

"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 18:25-də Bitcoin-in qiyməti 9 977,19 dollar təşkil edib.

 

Bitcoin ilə bərabər, Ripple və Ethereum daxil digər virtual pullar da kəskin ucuzlaşıb. Ripple-ın qiyməti 1 dollardan da aşağı düşərək 0,98 dollar olub.

 

Qeyd edək ki, ötən ilin dekabrda Bitcoin-in qiyməti 20 min dolları görmüşdü.

 

Hazırda da ucuzlaşma davam edir. Hər saniyə qiymət dəyişir.

 

Qeyd edək ki, Bitcoin, Asiya ölkələrinin virtual pul vahidləri üzərindəki nəzarətləri artıracaqları ehtimalı ilə ucuzlaşır. 

 

Cənubi Koreyanın maliyyə naziri Kim Dong-Yeon, bu gün etdiyi açıqlamada, ölkəsində virtual pul vahidi ticarətinin qadağan olunmasının hələ də "mümkün" olduğunu söyləyib.
 

Bundan başqa, Çinli rəsmiləri tərəfindən verilən açıqlamada, kripto valyuta ticarəti aparılan platformaların (birjaların) Çində bağlanıla biləcəyini deyiblər.
 

Dünyada virtual pul vahidlərinə olan tələbatın ən yüksək olduğu 3 ölkədən ikisi olan Çin və Cənubi Koreyada nəzarətin artacağı həyəcanı, Bitcoin daxil digər kriptovalyutaların ucuzlaşmasına səbəb olub.

17 Yanvar 2018 , 18:28   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin