Ən yuxarı (mobil)_30

Minskdəki “Azərbaycan Ticarət Evi” alkoqollu içkilər idxal etmək hüququ alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Minskdəki “Azərbaycan Ticarət Evi” alkoqollu içkilər idxal etmək hüququ alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Minskdəki “Azərbaycan Ticarət Evi” 2018-ci ildə Belarusa alkoqollu içkiləri idxal etmək hüququ alıb.

 

naviny.by saytı  xəbər verir ki, “Azərbaycan Ticarət Evi” bu hüquqa malik olan 29 dövlət və özəl müəssisənin yeni siyahısında yer alır.

 

“Alkoqollu içkilər, texniki ehtiyaclar üçün spirt məhsulları və texniki etil spirti istehsalının və dövriyyəsinin dövlət tənzimlənməsi” haqqında Qanun dövlətin alkoqollu içkilərin idxalının həyata keçirilməsi üzrə müstəsna hüququnu təsbit edir. 2008-ci ildən dövlət müsabiqə əsasında bu hüququ xüsusi idxalçı statusu alan hüquqi şəxslərə verir.

 

Ölkə qanunvericiliyinə dövlətin alkoqollu içkilərin idxalına dair müstəsna hüququnu ləğv edən düzəlişlər hazırlanıb, amma hələ qəbul edilməyib.

 

Xatırladaq ki, Minskdəki “Azərbaycan Ticarət Evi” 2017-ci ilin mayından fəaliyyət göstərir.

 

© Azərtac

17.01.2018 17:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ