Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Naxçıvan Avtomobil Zavodu istehsalı bərpa edə bilmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvan Avtomobil Zavodu istehsalı bərpa edə bilmir

2017-ci ildə Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, 2017-ci ilin yanvar-iyul aylarında da Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Beləliklə, ikinci yarımildə Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.


 
01.01.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 116 ədəd təşkil edib. 01.12.2017-ci il tarixində hazır məhsul ehtiyatı 123 ədəd idi.

 

Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verməyə çalışır. Avqust və Sentyabrda da zavodun bir neçə avtomobili alınaraq dövlət qurumlarına, əlillərə hədiyyə verilib.

 

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.

 

Məhsul növləri

2017-ci ildə

istehsal edilmişdir

2016-cı ilə nisbətən, faizlə

01.01.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Traktorlar, ədəd

1 421

137,4

4

Xüsusi təyinatlı kommunal maşınlar, ədəd

3 320

2,1 d.

530

Minik avtomobilləri, ədəd

30

11,1

116

Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd

3

2,1

2

 

18.01.2018 05:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ