Naxçıvan Avtomobil Zavodu istehsalı bərpa edə bilmir
2017-ci ildə Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.
"Marja" xəbər verir ki, 2017-ci ilin yanvar-iyul aylarında da Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Beləliklə, ikinci yarımildə Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.
01.01.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 116 ədəd təşkil edib. 01.12.2017-ci il tarixində hazır məhsul ehtiyatı 123 ədəd idi.
Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verməyə çalışır. Avqust və Sentyabrda da zavodun bir neçə avtomobili alınaraq dövlət qurumlarına, əlillərə hədiyyə verilib.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.
Məhsul növləri | 2017-ci ildə istehsal edilmişdir | 2016-cı ilə nisbətən, faizlə | 01.01.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Traktorlar, ədəd | 1 421 | 137,4 | 4 |
Xüsusi təyinatlı kommunal maşınlar, ədəd | 3 320 | 2,1 d. | 530 |
Minik avtomobilləri, ədəd | 30 | 11,1 | 116 |
Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd | 3 | 2,1 | 2 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 21 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 2 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
20 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası