Yapon məhsulları Azərbaycan üzərindən Avropaya ixrac oluna bilər - BAKIYA SƏFƏR

Bakı Limanı Yapon məhsullarının Avropaya ixrac olunmasında çox vacib məntəqələrdən biridir.

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən məlumat verilib ki, bu sözləri yanvarın 17-də Yaponiyanın kənd təsərrüfatı, meşəçilik və balıqçılıq nazirliyinin, qida sənayesi işləri üzrə büronun və ixracın təşviq şöbəsinin xüsusi işlər üzrə məsləhətçisi Tsunemasa Teramoto Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfəri zamanı deyib.

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun baş müşaviri Rəşad Kərimov qonağa Bakı Limanının xarici ölkələrlə ticarət əlaqələri və daşınan yüklərin dövriyyəsi barədə məlumat verib. Liman ərazisi ilə əyani tanış olan qonaqlara limanın inkişaf konsepsiyası haqqında məlumat verilərək bildirib ki, limanın birinci fazasının tikinti işləri bitdikdən sonra yük qəbuletmə qabiliyyəti ildə 15 milyon ton olacaq.

 

Qida və sənaye məhsullarının ixracı ilə məşğul olan qonaq bildirib ki, Bakı Limanı Yapon məhsullarının Avropaya ixrac olunmasında çox vacib məntəqələrdən biridir və Şərqlə Qərb arasında ticarət əlaqələri üçün Bakı Limanı ilə əməkdaşlıq çox önəmlidir.

18 Yanvar 2018 , 08:16   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin